1983-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı şəhəri 44 nömrəli orta məktəbi, 2004-cü ildə Qafqaz Universitetinin filologiya fakültəsinin Türk dili və ədəbiyyatı ixtisasından bakalavr, 2006-cı ildə isə magistr dərəcəsi üzrə məzunu olub. Bir müddət televiziya sahəsində çalışıb. Bir çox müəllif proqramlarının və sənədli filmlərin ssenari müəllifi olub. Şeirləri dövri mətbuatda müntəzəm dərc olunur. "MƏN © 2006" adlı şeirlər kitabının və bir çox mahnı mətnlərinin müəllifidir. Hazırda jurnalistika sahəsində çalışır.